Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Somalidə Afrika İttifaqının helikopteri qəzaya uğrayıb

Somalidə Afrika İttifaqının helikopteri qəzaya uğrayıb

Tarix: 7 Fevral 2021 23:16

Bakı. Trend:

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

Açıqlamada deyilir: "Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir".

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır: "İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər".


Etiketlər:  Somalidə Afrika İttifaqının helikopteri qəzaya uğrayıb


RƏYLƏR