Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Peyvəndləmə prosesini sürətləndirməliyik, əks halda 6 aya...'' - Şöbə müdiri

''Peyvəndləmə prosesini sürətləndirməliyik, əks halda 6 aya...'' - Şöbə müdiri

Tarix: 8 Fevral 2021 11:54

Rəsmi mənbələrin açıqlamasına görə 18.01.2021 tarixdən 06.02.2021 tarixə qədər, yəni 20 gün ərzində ölkəmizdə 65 min nəfər COVİD-19 xəstəliyinə qarşı peyvənd edilib. Yəni, hər 10 günə təqribən 32 500 şəxs peyvəndlənib. Bu minvalla 30 günə, yəni 1 aya 97 500 nəfər peyvəndlənəcək.

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, vaksinasiya etdirməyə gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 milyon AZN əlavə pul xərclənməlidir:

"Kollektiv immunitetin yaranması üçün bundan 100 dəfə çox sayda, yəni 6.5 milyon insanın peyvənd edilməsi lazımdır. Əgər 20 gün ərzində 65 000 şəxs peyvənd edilibsə, təqribi hesablasaq, onda 200 gün ərzində 650 000 şəxs və 2 min gün ərzində 6 milyon 500 min insan peyvəndlənəcək.

2000 gün təqribən 66 ay edir, 66 ay isə 5,5 il edir. Nəzərə alsaq ki, peyvənd edilən insanda yaranan immunitet onu COVİD 19-dan cəmi 6 ay qoruyur, sonra o şəxs təkrar yoluxa bilir, o zaman biz 6 ay ərzində təqribən 6.5 milyon insana peyvənd etməliyik. 6 ay ərzində bunu edə bilməsək, o zaman 7-ci ay ilk ayda peyvəndlənən 97 500 şəxsi yenidən daha 2 doza peyvəndləməliyik, bu da 195 000 doza peyvənd edir. Yəni, 6 ay ərzində 6.5 milyon şəxsi peyvənd edə bilməsək, növbəti gecikdiyimiz hər aya görə əlavə 195 000 doza peyvənd almalıyıq. 1 doza sinovac/coronavac peyvəndi 15 dollar, 2 doza 30 dollar, yəni bir şəxsə 2 doza - 30 dollarlıq peyvənd edilməlidir (97 500 x 30 = 2 925 000$ = 4,972,500 AZ və ya 195 000 x 15 = 2 925 000$ = 4,972,500 AZN).

Gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 milyon AZN əlavə pul xərcləməliyik (dolların hazırkı kursuna əsasən). 5 ildə 60 ay var, 60 x 5 000 000 = 300 milyon AZN, böyük məbləğdir. Ona görə də peyvəndləmə prosesini sürətləndirmək, qısa müddət ərzində daha çox sayda əhali kəsimini peyvənd etmək daha məqsədəuyğun olar və karantin rejimləri daha tez bitər, faliyyəti dayandırılmış sahələrin fəaliyyəti daha tez bərpa edilər. Bunun üçün həm də əhali olaraq peyvəndlənmə üçün daha çox müraciət etməliyik". 

Təhməz Əsədov


Etiketlər:  Peyvəndləmə prosesini sürətləndirməliyik əks halda Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ