Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 17:56
Çin hökuməti 1,5 mln. ABŞ dolları dəyərində "sınaq" rəqəmsal valyuta emissiyasını təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Çin Xalq Bankı namizəd qismində 50 min nəfərin hər birinə müəyyən yerlərdə xərcləmək üçün 200 yuan (30 dollar) rəqəmsal valyuta təqdim edəcək.
Qeyd olunur ki, sözügedən rəqəmsal valyuta "Bitcoin" kimi mərkəzləşdirilmiş kriptovalyutalara bənzəməyəcək. Elektron yuan (CBDC) adlandırılan pul vahidi Çinin Xalq Bankı tərəfindən idarə olunacaq.