Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 18:51
Bakı. Samir Əli - Trend:
Fevralın 7-də saat 21:35 radələrində Qax rayonunda güclü külək səbəbindən Mərkəzi Elektron ATS-dən 3 km. məsafədə çinar ağacı qırılaraq fiber-optik kabeli zədələyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, nəticədə rayonun Qaşqaçay, Əmbərçay kəndlərində rabitə və internetin, Zaqatala və Balakən rayonlarında isə internetin verilməsində problemlər yaranıb.
Kabel Magistral Texniki Qovşağının mütəxəssislərinin müdaxiləsilə problem səhər saat 04:20-də aradan qaldırılıb. Zədələnmiş kabelin tam şəkildə bərpası üçün hazırda həmin ərazidə işlər yekunlaşmaq üzrədir.