Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan yeni bir dövrün müharibəsində qalib gəldi - Erməni ekspertin etirafı

Azərbaycan yeni bir dövrün müharibəsində qalib gəldi - Erməni ekspertin etirafı

Tarix: 9 Fevral 2021 13:27

Ermənistan və Azərbaycan arasındakı keçənilki silahlı qarşıdurmaya yeni bir dövrün ilk dövlətlərarası müharibəsi kimi baxmaq olar və bu səbəbdən də əhəmiyyəti Qafqazdan kənara çıxır.

Milli.Az xəbər verir ki, bu barədə Birmingem Universitetinin tədqiqatçısı Kevork Oskanyanın "Eurasianet" nəşrində dərc edilən məqaləsində deyilir.

"Ermənistan rəhbərliyi böyük ölçüdə və özü üçün ölümcül nəticələrə gətirib çıxaran öz imkanları ilə Azərbaycan imkanları arasındakı fərqi düzgün qiymətləndirə bilmədi və ödəyə bilməyəcəyi qəti bir xarici siyasət yürütməyə başladı. Ermənistan həm də Rusiya və Qərbin münaqişəyə müdaxilə etmək hazırlığını və qabiliyyətini səhv qiymətləndirdi və eyni zamanda regional siyasətdəki dəyişikliklər onu çətin duruma saldı. Bütün bunlar bir araya gələrək Bakının qəti bir qələbə qazanmasına imkan verdi", - müəllif yazır.

Məqalədə qeyd edildiyi kimi, ABŞ İkinci Qarabağ müharibəsi ilə bağlı danışıqlarda, demək olar ki, heç bir rol oynamadı.

"Beynəlxalq humanitar hüququ pozan genişmiqyaslı Qarabağ münaqişəsi zamanı Brüsselin reaksiyası təsirsiz "narahatlıq" ifadələrinə endirildi. ABŞ və Aİ-nin təsirinin düşməsi orta səviyyəli gücdə olan Türkiyəyə öz iddialı xarici siyasət yolunun seçiminə imkan verdi. Azərbaycan təki çevik xarici siyasəti və bir neçə cəbhədə oynamaq qabiliyyəti olan kiçik ölkələr üçün hadisələrin bu cür inkişafı bir xeyir idi", - erməni əsilli politoloq qeyd edir.

Ekspertin fikrincə, Ermənistan kimi seçimləri daha məhdud olan kiçik dövlət üçün bu hadisələr fəlakətli oldu.

"Moskvanın İrəvanın xarici və təhlükəsizlik siyasətinin inkişafına təsir göstərdiyi çoxdankı vəziyyət nəticəsində, Ermənistanın dünyada sürətli və gözlənilməz dəyişikliklərə daha az hazır olduğu ortaya çıxdı", - müəllif vurğulayır.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Azərbaycan yeni bir dövrün müharibəsində qalib gəldi Erməni ekspertin etirafı


RƏYLƏR