Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Türkiyədə Azərbaycan kapitalı ilə 150-yə yaxın şirkət qeydiyyata alınıb

Ötən il Türkiyədə Azərbaycan kapitalı ilə 150-yə yaxın şirkət qeydiyyata alınıb

Tarix: 9 Fevral 2021 23:48

Bakı. Orxan Nəbiyev - Trend:

2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınıb ki, bu da 2019-cu illə müqayisədə 36 şirkət azdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 33,868 milyon türk lirəsi olduğu halda, 2019-cu ildə bu rəqəm 30,11 milyon türk lirəsi təşkil edib.

Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 25,434 milyon türk lirəsi olan İstanbulda (98 şirkət) qeydiyyata alınıb.

2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 16 sənaye, 5 tikinti, topdan və pərakəndə ticarətdə 72 şirkət, 9 turizm şirkəti, 3 dağ-mədən və 5 daşınmaz əmlak satışı şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.


Etiketlər:  Ötən Türkiyədə Azərbaycan kapitalı ilə yaxın şirkət qeydiyyata alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ