Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov üstünlüyü əldən verdi

Teymur Rəcəbov üstünlüyü əldən verdi

Tarix: 10 Fevral 2021 09:38

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qrossmeysterimiz bu mərhələdə Niderland şahmatçısı Aniş Giri ilə qarşılaş. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbov üstünlüyü əldən verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ