Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 20:26
Latviyanın baş naziri Krişyanis Karinş ölkənin Səhiyyə Nazirliyinə COVID-19 infeksiyasına qarşı test keçirmə qabiliyyəti barədə məlumatların hazırlanması və hökumətə təqdim edilməsinə dair təlimat verib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Sandris Sabaevs "Delfi" portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, məlumat mümkün qədər qısa müddətdə hökümətə təqdim olunmalıdır. Baş nazir test keçirmə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, mütəmadi olaraq müayinə edilməli olan şəxslərin əhatə dairəsinin genişləndirilməsini də təklif edir. K. Karinş Səhiyyə Nazirliyinin yüksək risk qruplarına daxil olan insanları müntəzəm olaraq test ilə təmin etməsini istəyir.
Baş nazir qeyd edib ki, COVID-19 pandemiyası cəmiyyətin həyatına hələ uzun müddət öz təsirini göstərəcək, bu səbəbdən təhlükəsiz ticarət və xidmətlərin göstərilməsini təmin etmək üçün test qabiliyyətini gücləndirmək lazımdır.