Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov yarımfinalda

Teymur Rəcəbov yarımfinalda

Tarix: 11 Fevral 2021 07:26

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

34 yaşlı qrossmeyster raundun ikinci yarış günündə niderlandlı Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

İlk 4 görüş heç-heçə yekunlaşıb - 2:2. Buna görə də yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn şahmatçımız növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, tərəflər arasında ilk gündə keçirilən görüşlər 2:2 hesabı ilə başa çatmışdı.

Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbov yarımfinalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ