Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistan və Çin sərhəddəki zirehli texnikaları geri çəkməyə başlayıb

Hindistan və Çin sərhəddəki zirehli texnikaları geri çəkməyə başlayıb

Tarix: 11 Fevral 2021 14:42

Hindistan və Çin Ladax sərhədi boyunca təhlükəli mövqelərdə yerləşdirdikləri zirehli texnikaları geri çəkməyə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hər iki ölkə Panqonq Tso bölgəsindən tankları və zirehli bölmələrini geri çəkməyə başlayıb.  

Bildirilib ki, korpus komandirlərinin sonuncu dəfə yanvarın 24-də görüşdükləri zaman əldə etdikləri konsensusa uyğun olaraq sinxronlaşdırılmış və mütəşəkkil şəkildə geri çəkilmə həyata keçirilir.

Panqonq gölünün cənub sahilində yerləşən Çuşulda və digər ərazilərdə yeni yaradılan cəbhə postlarına göndərilən sərhəd qoşunları geri çəkilməyib. Üç mərhələli planının bir hissəsi olaraq zirehli bölmələr geri çəkilir. Bu, iki ölkə arasında ötən ilin may ayından alovlanan gərginliyi azaltmaq üçün vacib addım hesab olunur.

Təhlükəsizlik xidmətində olan mənbələr bildirir ki, qarşılıqlı razılaşma əsasında mərhələli geri çəkilmə olacaq. Zirehli bölmələr geri çəkiləcək, lakin sərhəd qoşunları olduqları yerdə qalacaqlar.

Milli.Az


Etiketlər:  Hindistan Çin sərhəddəki zirehli texnikaları geri çəkməyə başlayıb


RƏYLƏR