Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviya bu tarixə qədər əhəmiyyətsiz uçuşları qadağan etdi

Latviya bu tarixə qədər əhəmiyyətsiz uçuşları qadağan etdi

Tarix: 11 Fevral 2021 15:42

Bu gündən 25 fevrala qədər bütün Aİ ölkələri, Avropa İqtisadi Bölgəsi, İsveçrə və İngiltərədən əhəmiyyətsiz səbəblərdən Latviyaya giriş qadağan olunacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Latviya hökumətinin fövqəladə vəziyyət qaydalarında etdikləri yeni dəyişikliklərə görə, Latviyaya girişə yalnız iş, təhsil, ailə üzvləri ilə görüşmək, tibbi müalicə, tranzit və ya yetkinlik yaşına çatmayanların müşayiəti, daimi yaşayış yerinə qayıtmaq və ya dəfn mərasimində iştirak etmək kimi təcili və vacib səbəblərə görə icazə veriləcək.

Dəyişikliklər, eyni zamanda, yeni koronavirus növlərinin yayılması səbəbindən, İngiltərə, İrlandiya, Portuqaliya və bu ölkələrə hava limanları, limanlar və avtobuslar vasitəsi ilə beynəlxalq sərnişin daşımaları müvəqqəti dayandırılacaq.

Nəqliyyat nazirinin göstərişi ilə özəl hava nəqliyyatı və iş reysləri ilə beşdən çox olmamaqla sərnişin daşımaq, qeyri-müntəzəm sərnişin tranzitini həyata keçirmək, insanların iş yerlərinə xüsusi daşınması, həmçinin xaricdəki və Latviyadakı beynəlxalq yarışlarda iştirak edəcək idmançıların daşınmasına icazə veriləcək.


Etiketlər:  Latviya tarixə qədər əhəmiyyətsiz uçuşları qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ