Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO)

Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO)

Tarix: 12 Fevral 2021 10:42

Bakı. Samir Əli - Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub.

Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO) - Gallery Image Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO) - Gallery Image Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO) - Gallery Image Ağsuda narkotik alverçisindən heroin aşkarlandı (FOTO) - Gallery Image


Etiketlər:  Ağsuda narkotik alverçisindən heroin aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ