Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bumble'' təsisçisi dünyanın ən gənc qadın milyarderi olub

''Bumble'' təsisçisi dünyanın ən gənc qadın milyarderi olub

Tarix: 13 Fevral 2021 08:16

Bakı. Trend:

"Bumble" tanışlıq xidmətinin rəhbəri və qurucusu 31 yaşlı Vitney Volf Herd sərvətini təkbaşına qazanan dünyanın ən gənc qadın milyarderi olub.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, "Bumble" tətbiqinin səhmlərinin Vitney Volf Herdə aid payının dəyəri 1,6 milyard dollar (21,54 milyon səhm, şirkətin 11,6 faizi) təşkil edir.

"Bumble" satışa çıxarıldığı andan ABŞ-da ən sürətlə yayılan mobil tanışlıq tətbiqlərindən biri olub. Şirkətin uğuru Herdi "Forbes"in "2020-ci ildə ABŞ-da ən uğurlu qadın sahibkar və rəhbərlər" siyahısına daxil edib.


Etiketlər:  Bumble təsisçisi dünyanın gənc qadın milyarderi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ