Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən nüfuzlu ölkələri açıqlandı

Dünyanın ən nüfuzlu ölkələri açıqlandı

Tarix: 13 Fevral 2021 09:16

ABŞ-ın "The CEOWORLD magazine" biznes jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu ölkələrinin reytinqini dərc edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, dövlətlərin ranqlaşdırılması üçün 11 meyardan istifadə olunub: hərbi güc, beynəlxalq ittifaqlar, ölkə rəhbərliyinə hörmət, beynəlxalq ticarət və səyahət, iqtisadi güc, mədəniyyət, diplomatik təsir, qlobal diaspor, KİV-də təsiri, ehtiyacı olan ölkələrə yardım və digər ölkələrlə bağlılıq.

Reytinq 280 mindən çox respondentin iştirak etdiyi sorğu əsasında tərtib edilib. Siyahıya 57 dövlət daxildir. İlk onluqda ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Hindistan, İtaliya və İsrail yer alıb.


Etiketlər:  Dünyanın nüfuzlu ölkələri açıqlandı


RƏYLƏR