Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmaq bu xəstələrə mənfi təsir edir

Koronavirusdan qorunmaq bu xəstələrə mənfi təsir edir

Tarix: 13 Fevral 2021 17:18

Amerikalı alimlərin araşdırmalarına görə, dezinfeksiyaedici və təmizləyici maddələrin istifadəsi bronxial astma xəstələrinə mənfi təsir edir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, yeni tip korona virusun yayılması səbəbi ilə daha çox kimyəvi maddələrdən və dezinfeksiya məhlullarından istifadə edilməyə başlanılıb. Bu vasitələr virusdan qorusa da bəzi xəstələrə mənfi təsir etdiyi məlum olub.

4 ay ərzində 100-ə yaxın astma xəstəsi üzərində aparılan tədqiqatlar göstərib ki, ən azı həftədə iki evi dezinfeksiya etmək onların xəstəliyini daha da ağırlaşdırır.

Hətta evdə mütəmadi istifadə edilən paraşok və sabun kimi kimyəvi vasitələr onların vəziyyətini pisləşdirir.

Buna görə də astma xəstələri dezinfeksiya edilən otaqdan uzaqlaşdırılmalıdır. Onların otağı təmziləndikdə isə kimyəvi maddələrdən çox az miqdarda istifadə etmək lazımdır.


Etiketlər:  Koronavirusdan qorunmaq xəstələrə mənfi təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ