Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsl erməni: "Çılpaq fotonu yolla, əsirin yerini deyim"

Əsl erməni:

Tarix: 15 Fevral 2021 13:06

Ermənistanın paytaxtı İrəvanda internet-manyak tutulub.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Facebook-da azərbaycanlı adı və soyadı ilə saxta akkaunt yaradan M.V. adlı erməni 44 günlük İkinci Qarabağ Müharibəsində itkin və əsir düşən erməni hərbçilərin qadın qohumları ilə əlaqə yaradıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə o, gənc qızlardan və qadınlardan çılpaq fotoları ilə videolarını tələb edirmiş. "Çılpaq fotonu yolla, əsirin yerini deyim" yazan M.V. əks təqdirdə, əsirlikdə olan erməni hərbçinin "başına oyun gətiriləcəyini" yazıb.

Manyakın tələsinə düşənlər arasında 16 yaşlı erməni qız da var. Ümumiyyətlə isə, 12 qız və qadın onun qurbanı olublar. Zərərçəkənlər artıq ifadə veriblər.

Ermənistanın mövcud qanunvericiliyinə əsasən, M.V.-ni 12 ilədək həbs cəzası gözləyir.

Milli.Az


Etiketlər:  Əsl erməni Çılpaq fotonu yolla əsirin yerini deyim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ