Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Tarix: 15 Fevral 2021 21:27

15 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

XİN-dən Sonxeber.net-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Ceyhun Bayramov ABŞ Azərbaycandakı səfiri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ