Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 11:04
Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.