Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terrorla mübarizədə Türkiyə ilə həmrəyik - Rusiya səfirliyi

Terrorla mübarizədə Türkiyə ilə həmrəyik - Rusiya səfirliyi

Tarix: 16 Fevral 2021 12:48

Bakı. Orxan Nəbiyev - Trend:

Terrorla mübarizədə Türkiyə ilə həmrəyik.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi öz "Twitter" səhifəsində yazıb.

Səfirlik Türkiyə ordusunun İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı həlak olanlara başsağlığı verib:

"Terrorla mübarizədə Türkiyə ilə həmrəyik. Türk xalqının ağrı-acısını bölüşürük. Şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı veririk".

Qeyd edək ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiə əməliyyat nəticəsində 3 hərbçi həlak olmuş, 13 əsir PKK mənsubları tərəfindən güllələnmişdi


Etiketlər:  Terrorla mübarizədə Türkiyə ilə həmrəyik Rusiya səfirliyi


RƏYLƏR