Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadı 22 il həbsini istəyirdi... -"Polat" məhkəməni uddu

Arvadı 22 il həbsini istəyirdi... -

Tarix: 16 Fevral 2021 13:32

Boşanmaq üzrə olan aktyor Necati Şaşmazla həyat yoldaşı Nagehan Şaşmaz arasındakı gərginlik bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun arvadı onun səs yazısını icazəsiz yaymaqda ittiham edib. Nagehan Necatini məhkəməyə verərək 22 il həbsini istəyib.

Ötən gün baş tutan məhkəməyə tərəflərin heç biri qatılmayıb. Onları vəkilləri əvəzləyib. Nagehanın vəkili bir daha Necati ilə bağlı iddiaları irəli sürüb. Buna baxmayaraq, hakim Necatinin xeyirinə qərar qəbul edib və o, 22 illik həbsdən canını qurtarıb.

Milli.Az


Etiketlər:  Arvadı 22 il həbsini istəyirdi Polat məhkəməni uddu


RƏYLƏR