Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 22:10
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Everton"la oyunu buraxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O deyib ki, türkəsilli alman yarımmüdafiəçi zədələndiyi üçün sözügedən görüşdə meydanda olmayacaq: "İlkay özünü yaxşı hiss edir, amma sabah oynaya bilməyəcək. Natan Ake xaricində, digər bütün oyunçular yaxşıdır".
Qeyd edək ki, Gündoğan ölkə çempionatının 24-cü turunda "Tottenhem"lə qarşılaşmada zədələnib.
Əlavə edək ki, "Everton" - "Mançester Siti" oyunu sabah keçiriləcək.