Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ruhi xəstəni zəncirlə bağlayan sahibkar məsuliyyətə cəlb edildi

Bakıda ruhi xəstəni zəncirlə bağlayan sahibkar məsuliyyətə cəlb edildi

Tarix: 17 Fevral 2021 09:45

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.


Etiketlər:  Bakıda ruhi xəstəni zəncirlə bağlayan sahibkar məsuliyyətə cəlb edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ