Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 16:54
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko görüşəcəklər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə A. Lukaşenko Belarus-Rusiya İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşdə bildirib.
"Mən və Putin xeyli müddət əvvəl fevralın 20-dən sonra görüşüb, iki ölkə arasında əməkdaşlığın bəzi sahələri barədə müzakirələr aparmaq barədə razılığa gəlmişik. Lakin dərhal deməliyəm ki, bəziləri gündəmi tutur və iddia edirlər ki, guya mən Rusiyaya 3 milyard dollar istəmək üçün gedirəm. Xeyr, mən Rusiyaya nə isə istəməyə getmirəm", - deyə Belarus dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə də görüşəməyi planlaşdırır.