Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi

Tarix: 18 Fevral 2021 17:06

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan yığması 108-ci pillədədir.

Millimiz 1180 xala malikdir. Hesabat dövründə heç bir oyun keçirməyən Canni de Byazinin yetirmələri 1 pillə irəliləyib. Komandamız 108-ci sıranı Estoniya ilə bölüşür. Yığmamızın irəliləyişinə Zimbabvenin geriləməsi səbəb olub.

Türkiyə yığması 32-ci pillədə qalıb. Şenol Günəşin yetirmələrinin aktivində 1487 xal var.

Qeyd edək ki, siyahıya Belçika (1780) millisi başçılıq edir. Fransa 1755 xalla ikinci, Braziliya 1743 xalla üçüncüdür.

Milli.Az


Etiketlər:  Millimiz FİFA reytinqində irəlilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ