Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur''

''Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur''

Tarix: 19 Fevral 2021 10:30

"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə...".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkədə yazıb. Sənətçi kişi xəyanətindən bəhs edib. O bildirib ki, sevdiyi qadına xəyanət etməyən kişi yoxdur:

"Sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək?

Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur. Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalxın kişisi, yoxdur, aldadıblar sizi".


Etiketlər:  Özünüzü aldatmayın xəyanət etməyən kişi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ