Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çaytikanı haqqında bilmədikləriniz

Çaytikanı haqqında bilmədikləriniz

Tarix: 20 Fevral 2021 08:03

Çaytikanı bitkisindən insanlar əsrlər boyu müalicə məqsədilə istifadə etmişlər. Onun həm daxilə qəbulu, həm də dəri və saçlara faydası böükdür. Çaytikanı yara sağaltmaq, hüceyrələri yeniləşdirmək qabiliyyətinə malik olan bir bitkidir. Onun yağı mədə yarasını sağaldır, dəridə olan yanıqların sağalmasını sürətləndirir.
Çaytikanı meyvəsinin şirəsi mədə-bağırsaq ağrılarında, areresklerozda, angina xəstəliklərində ağrıkəsici təsirə malikdir. Çaytikanı yağının tərkibində çoxlu bioloji aktiv maddələr - tokoferol, təbii turşular, fosfolipidlər, fitosterollar, vitaminlər, faydalı minerallar və amin turşular var. Bundan başqa çaytikanının tərkibi yağ turşrları, A, E, C vitaminləri ilə zəngindir. Çaytikanı yağı bir çox xəstəliklərin müalicəsində istifadə edilir:
- frunkulların, sızaqların müalicəsi
- mədə-bağırsaq yaralarının müalicəsi
- dəridə çatlar
- dəridəki iltihabi proseslər
- zülal mübadiləsi
- qara ciyərin piylənməsi.
Çaytikanı yağı orqanizmdən ağır metal duzlarını xaric edir, zərərverici mikrobları öldürür, qara ciyər fəaliyyətini yaxşılaşdırır. Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan şüa terapiyasından sonra 2-3 həftə gündə bir-neçə qaşıq çaytikanı yağı qəbul etmək şüanın mənfi təsirlərinin orqanizmdən xaric olunmasına yardımçı olur.
Çaytikanı yağı kosmetalogiya sahəsində də ən çox istifadə olunan yağlardan biridir. Onu saçlara sürtdükdə canlandırır, parlaqlıq verir, başın dərisinə sürtdükdə isə dəridə olan göbələk xəstəliyini aradan qaldırır. Çaytikanı yağı kəpək əleyhinə ən gözəl dərman vasitəsidir. O saçları uzadır, saç dibini möhkəmləndirir, dəridəki qıcıqlanmanı aradan qaldırır.


Etiketlər:  Çaytikanı haqqında bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ