Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çavuşoğlu ilə Ceyhun Bayramov nələri müzakirə edəcəklər?

Çavuşoğlu ilə Ceyhun Bayramov nələri müzakirə edəcəklər?

Tarix: 22 Fevral 2021 11:42

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü barədə məlumat yayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov 23 fevral 2021-ci il tarixdə Türkiyəyə səfər edəcək.

Səfər çərçivəsində Türkmənistanla gündəmdə olan ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan R. Meredovu qəbul edəcək.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçiriləcək.

M. Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək. Görüş zamanı ölkələr arasında əlaqələr və regional məsələlərə dair əməkdaşlığı daha da inkişaf etdirmək üçün atılacaq addımlar ikili və üçlü formatda müzakirə olunacaq.

Milli.Az


Etiketlər:  Çavuşoğlu ilə Ceyhun Bayramov nələri müzakirə edəcəklər


RƏYLƏR