Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 13:08
Son günlər koronavirusa yoluxmanın sayında müşahidə olunan azalma karantin qaydalarının bir az da yumşaldılacağı ehtimalını artırıb.
Sonxeber.net-ın məlumatına görə, hazırda orta məktəblərdə ənənəvi təhsil qismən bərpa olunub, kafe və restoranların fəaliyyətinə icazə verilib.
Mövcud vəziyyətdə hələ də bağlı qalan sahələr var. Növbəti yumşaldılmalara gedilərsə, hansı məhdudiyyətlərin aradan qaldırılacağı maraqla gözlənilir.
Sonxeber.net bildirir ki, ARB 24-ün keçirdiyi sorğuda iştirak edən vətəndaşların əksəriyyəti toylara qoyulan qadağanın aradan qaldırılmasının və metronun fəaliyyətini bərpasının tərəfdarı olduqlarını bildiriblər.