Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək

Tarix: 26 Aprel 2019 14:04

Bakı. Trend:

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

Saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ