Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehranda kamikadze həbs olunub

Tehranda kamikadze həbs olunub

Tarix: 24 Fevral 2021 11:02

Tehranda kamikadze həbs olunub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Tehran polis rəisi Sərdar Hüseyin Rəhimi deyib.

O bildirib ki, kamikadzenin üzərində partlayıcı maddələr bağlanmış jilet və odlu silah olub:

"Təhlükəsizlik qüvvələri təxribatçını saxlayarkən o, polisləri bombanı partlatmaqla hədələyib. Təhlükəsizlik qüvvələri həmin şəxsi zərərsizləşdirə və həbs edə bilib."

Saxlanılan şəxsin kimliyi və harada partlayış törətmək istədiyi haqqında əlavə məlumat verilməyib.


Etiketlər:  Tehranda kamikadze həbs olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ