Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 08:50
Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu...
Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.
Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.
Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.
Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymətləri qurum tənzimləmir.