Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 12:15
Əfqanıstanın Azərbaycandakı Səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, paylaşımda bildirilib: "Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının kədərini bölüşürük. Əfqanıstan xalqı tarixi boyunca oxşar hadisələri çox yaşayıb. Qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla xeyli sayda mülki insanı həlak olub. Əfqanıstan parlamenti 26 fevral 1992-ci ildə baş verən hadisəni Soyqırımı olaraq tanıyıb. Bu gün də qardaşlarımız olan Azərbaycan xalqı ilə tarix boyu olduğu kimi bir yerdəyik. Allahdan onların ruhuna rəhmət diləyirik".