Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“EYOF Bakı 2019”: Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb

“EYOF Bakı 2019”: Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb

Tarix: 24 Iyul 2019 10:28

Bakı. Trend:

İyulun 24-də Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer almağı bacarıb.

Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının yarımfinal mərhələsi axşam sessiyasında keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  EYOF Bakı 2019 Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ