Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, Çempionlar Liqası oyununa bənzəyir''

''Bu, Çempionlar Liqası oyununa bənzəyir''

Tarix: 27 Fevral 2021 13:08

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, "Milan"a rəqib olmaqları ilə bağlı deyib:

"Bu, Çempionlar Liqası matçına bənzəyir. Bu, müsbət məqamdır. Həmişə ciddi rəqiblərlə oynamağımız və turnirin növbəti mərhələsinə keçid barədə düşünməməyimiz vacibdir. "Milan" yüksəliş mərhələsindədir. İtaliya komandası bu mövsüm yaxşı oyun nümayiş etdirir, heyətində tanınmış futbolçular oynayır. Klubun ənənələri və tarixi fantastikdir".

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab görüşləri bir həftə sonra keçiriləcək.


Etiketlər:  Çempionlar Liqası oyununa bənzəyir


RƏYLƏR