Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 09:40
Sarkisyan adına hərbi universitetin keçmiş rəisi, ehtiyatda olan general Armen Kaqramanyan da qiyamçı hərbçilərin tərəfinə keçib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, general bildirib ki, o, Silahlı Qüvvələrin Baş Qərargahını dəstəkləyərək, Nikol Paşinyanın istefası ilə bağlı tələbə qoşulur. "Birmənalı şəkildə dəstəyimi bildirirəm", - deyə Kaqramanyan əlavə edib. Bildirib ki, baş qərargah rəisinin və zabit heyətinin imzaladığı bəyanat tamamilə doğrudur.
Qeyd edək ki, bundan əvvəl Ermənistan ordusunun polkovniki də eyni məzmunlu mövqedən çıxış etmişdi.