Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 09:34
Rusiya Silahlı Qüvvələrinin minaaxtaranları Suriyanın İdlib əyalətində terrorçuların səhra hospitalı yaratdıqları boş mağaranı məhv ediblər. Bildirilir ki, hospitalda hətta ən çətin cərrahi əməliyyatların aparılması üçün şərait olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mühəndis qoşunlarının rəisi polkovnik Roman Bessmertnıy jurnalistlərə açıqlama deyib.
Onun sözlərinə görə, bu, rus hərbçilərinin Suriyada olduqları müddətdə gördükləri ən yaxşı təchiz edilmiş hospitallardan biridir.
"Bu mağarada müasir xəstəxana var idi. O, həm ambulator xəstələrin qəbulu üçün, həm də ağır əməliyyatlar üçün tam təchiz edilmişdi. Xəstəxananın avadanlığı şəxsi heyətin 100-dək üzvünün yerləşdirilməsinə imkan verirdi", - polkovnik Bessmertnıy belə deyib.