Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakını azad edən Nuru Paşanın vəfatından 72 il ötür

Bakını azad edən Nuru Paşanın vəfatından 72 il ötür

Tarix: 2 Mart 2021 17:36

15 sentyabr 1918-ci ildə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatından 72 il keçir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Nuru Paşa Killigil 1949-cu ilin martın 2-də İstanbulda dünyasını dəyişib. Silah fabrikindəki partlayışda həlak olan generalın ölümü olduqca müəmmalıdır. Sui-qəsd versiyaları mövcuddur.

Nuru Paşa 1890-cı ildə Osmanlı dövlətində, indiki Makedoniya ərazilərində anadan olub. Hərbçi kimi müxtəlif döyüşlərdə iştirak etmiş Nuru Paşa həmçinin Qafqaz İslam Ordusunun komandanı olub. Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik-daşnak işğalından azad edən Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını işğalçılardan təmizləyib. Bakı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusu 1 130 nəfər şəhid verib. Bu qələbədən sonra Nuru Paşa "Bakı fatehi" ləqəbini alıb.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Bakını azad edən Nuru Paşanın vəfatından 72 il ötür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ