Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səbail”in sabiq futbolçusu ölümlə təhdid olunur

“Səbail”in sabiq futbolçusu ölümlə təhdid olunur

Tarix: 4 Mart 2021 12:12

"Səbail"in sabiq futbolçusu Maykl Essyen ölümlə təhdid olunub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb qanalı ulduzun sosial şəbəkədəki paylaşımıdır.

Hazırda Danimarkada "Nordsyelland" klubunda məşqçi kimi fəaliyyət göstərən keçmiş yarımmüdafiəçi ölkəsində homoseksualların hüquqlarını dəstəklədiyini yazıb. Qana prezidentinin həmcinslilərin evliliyinə qadağa qoyduğu bir vaxtda Essyenin statusu ölkədə böyük narazılığa yol açıb.

Azarkeşlər həmin paylaşımın altında onu sərt şəkildə tənqid ediblər. Hətta bəziləri onu iki uşaq atası olduğunu xatırladaraq ölümlə təhdid edib. Bundan sonra Essyen paylaşımını silib.

Qeyd edək ki, Maykl Essyen 2019-2020-ci illərdə "Səbail"in formasını geyinib.

Milli.Az


Etiketlər:  Səbailin sabiq futbolçusu ölümlə təhdid olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ