Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə donanmasına avtonom sualtı və dəniz platforması tədarük ediləcək

Türkiyə donanmasına avtonom sualtı və dəniz platforması tədarük ediləcək

Tarix: 4 Mart 2021 19:34

Türkiyə Hərbi Dəniz Qüvvələrinə ehtiyaclarına uyğun olaraq ölkənin Müdafiə Sənayesi İdarəsi tərəfindən 40 avtonom sualtı və dəniz platforması tədarük ediləcək.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə portalları öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, layihə hal-hazırda Müdafiə Sənayesi İdarəsinin "prioritet layihələri" arasındadır.

Avtonom platformaların hansı şirkət tərəfindən təmin ediləcəyi barədə məlumat verilməyib. Türkiyənin bu sahədə aparıcı şirkətləri ASELSAN, HAVELSAN və "Meteksan Savunma"dır.

Qeyd edək ki, "Meteksan Savunma" bir müddət öncə ULAQ adlı avtonom dəniz platformasını ictimaiyyətə təqdim edib.

Milli.Az


Etiketlər:  Türkiyə donanmasına avtonom sualtı dəniz platforması tədarük ediləcək


RƏYLƏR