Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada yaşlılar üçün özünütəcrid rejimi ləğv edildi

Moskvada yaşlılar üçün özünütəcrid rejimi ləğv edildi

Tarix: 5 Mart 2021 18:42

Moskva meriyası xroniki xəstəlikləri olan insanlar və yaşlı insanlar üçün özünütəcrid rejimini ləğv edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib. O bildirib ki, bu gündən etibarən bu qayda məcburi deyil, tövsiyə xarakteri daşıyacaq.

Eyni zamanda, hər gün xəstəxanalara 700-800 arası ağır koronavirus xəstələrinin yerləşdirildiyini bildirərək, yaşlılara harasa getməkdən çəkinməyi tövsiyə edib.

"Əgər həqiqətən bir yerə gedirsinizsə, onda ilk növbədə peyvənd olunmaq və özünüzü qorumaq üçün vaksinasiya mərkəzlərinə gedin. Üstəlik, Moskvada kifayət qədər peyvənd nöqtəsi var və qeydiyyatla bağlı heç bir problem yoxdur", - deyə Sobyanin əlavə edib.


Etiketlər:  Moskvada yaşlılar üçün özünütəcrid rejimi ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ