Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada parlamentarilərin 25%-dən çoxu qadınlardır

Dünyada parlamentarilərin 25%-dən çoxu qadınlardır

Tarix: 6 Mart 2021 20:02

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Parlamentlərarası Şura (Inter-Parliamentary Union - IPU) dünyanın qanunverici orqanlarında qadınların bərabər təmsilçiliyi uğrunda mübarizədə uğurlarını elan edib. Belə ki, 2020-ci ildə tarixdə ilk dəfə dünyada parlamentarilərin 25,5%-ni qadınlar təşkil edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə IPU-nun açıqlamasında deyilir.

"Bu, bir irəliləyişdir, lakin tam bərabərlik hələ çox uzaqdır", - Şuranın məlumatında qeyd olunub.

Postsovet məkanının bir çox ölkəsi qadınların milli qanunvericilik orqanlarında yüksək təmsilçiliyi ilə seçilmir. Məsələn, Rusiya bu reytinqdə 138-ci yeri tutur və bu göstəriciyə görə, SSRİ ölkələrinin siyahısının autsayderidir. Belə ki, rusiyalı qadınlar aşağı palatada yerlərin 15,8%-ni, yuxarı palatada isə 17,1%-ni tutur.

Bu dövlətlər qrupu arasında lider qlobal reytinqdə 22-ci yerdə qərarlaşan Belarusdur. Bu ölkədə aşağı palatanın 40%-ni, yuxarı palatanın isə 25%-ni qadınlar təşkil edir. Vəziyyətə dinamik baxdıqda, keçən il 14 Avropa ölkəsində keçirilən seçkilərin nəticələrinə görə, onlardan üçündə - Azərbaycan, Çexiya və Rumıniyada qadınlar mandatların 20%-ni belə əldə edə bilməyiblər.


Etiketlər:  Dünyada parlamentarilərin dən çoxu qadınlardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ