Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriyanın səhiyyə naziri “pandemiyada pandemiya” barədə xəbərdarlıq edib

Avstriyanın səhiyyə naziri “pandemiyada pandemiya” barədə xəbərdarlıq edib

Tarix: 7 Mart 2021 18:26

Avstriyanın səhiyyə naziri Rudolf Anşober ölkədə koronavirusa yoluxma hallarının və mutasiyaya uğramış variantlara dair xəbərləri şərh edərkən "pandemiyada pandemiya" barədə xəbərdarlıq edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu xəbərdarlığın əsasında ötən bir neçə həftədə Avstriyada koronavirusun Böyük Britaniya ştammının kəskin şəkildə artması dayanır. Qeyd edilib ki, yanvarın ortalarında ölkədə virusun əsas variantına yoluxma ümumi yoluxma halları 61,5 faiz olduğu halda, fevralın sonunda bu göstərici 36,3 faizə düşüb. Fevralın sonunda Britaniya variantı ümumi yoluxmaların 58,4 faizini təşkil edib.

R.Anşober bildirib ki, Britaniya variantının dominant mövqeyə yüksəlməsi heç də ürəkaçan xəbər deyil. Çünki bu variant əsas variantla müqayisədə daha yoluxucudur. Belə ki, əsas variantın reproduksiya ehtimalı 1-ə, Britaniya variantında isə 1,23-ə bərabərdir. Britaniya variantının sürətlə yayılması ölkədə koronavirusa yoluxma risklərini də artıra bilər.

Nazir qeyd edib ki, yoluxma səviyyəsini nəzarətdə saxlaya bilmək üçün Britaniya ştammının daha çox yayıldığı rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib və rayon ərazisini tərk etmək istəyənlər mütləq şəkildə testdən keçirilir. Hazırda ölkədə 800 min insana peyvəndin ilk və ya ikinci komponentinin tətbiq edildiyi, qarşıdakı aylarda ölkəyə yeni dozaların gətiriləcəyi diqqətə çatdırılıb. R. Anşober ölkə əhalisini epidemioloji vəziyyətin tələb etdiyi gigiyena qaydaları və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.


Etiketlər:  Avstriyanın səhiyyə naziri pandemiyada pandemiya barədə xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ