Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2021 21:42
Suriyanın Hama əyalətinin şərqində terrorçular tərəfindən mina yüklənmiş iki avtomobil partladılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, terror hadisəsi zamanı azı 18 nəfər ölüb, üç nəfər yaralanıb.
Partlayış Əs-Salamiya şəhəri yaxınlığında Vadi al-Azib bölgəsində baş verib.
Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı qələbə elan edilib.