Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 16:52
İngiltərənin "Everton" klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki,cinayəti naməlum maskalı şəxslər törədib.
Hadisə zamanı futbolçu, həyat yoldaşı və uşaqları da evdə olub. Onlar evdə olanlara bıçaq və xəncərlə hədə-qorxu gəliblər. Cinayətkarlar evdə pul və qiymətli əşyaları axtarıb.
Qeyd edək ki, araşdırmalara başlayan polis heç kimin zərər çəkmədiyini bildirib.