Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İldə 70 milyon da versələr, “Barselona”da oynamaram” - Ramos

“İldə 70 milyon da versələr, “Barselona”da oynamaram” - Ramos

Tarix: 12 Mart 2021 14:34

"Real"ın kapıtanı Serxio Ramos "Barselona" ilə bağlı fikirlər səsləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu heç vaxt Kataloniya klubuna keçməyəcəyini deyib: "Mənim Laportaya ("Barselona"nın yeni prezidenti - red.) hörmətim var. Amma "Barselona" üçün oynamaram. Nə illik 50 milyon, nə də 70 milyon avro versələr. Həyatda pulun satın almayacağı şeylər də var. Siz eyni zamanda Xavi və Pikeni də "Real"da görə bilmərsiniz".

Ramos "Barselona"nın ÇL-in 1/8 finalında PSJ-yə məğlubiyyətinə də toxunub: "Barselona"nın məğlubiyyətinə gülmərəm. Çünki eyni şey bir həftə sonra bizim də başımıza gələ bilər".

O bidirib ki, karyerası ərzində ən güclü rəqibi Xosep Qvardiolanın "Barselona"sı olub: "Pepin həmin o komandası tarixin ən güclü "Barselona"sıdır".

Milli.Az


Etiketlər:  İldə 70 milyon da versələr Barselonada oynamaram Ramos


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ