Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Co Bayden: Mayın 1-dək vaksin bütün yaşlı amerikalılar üçün əlçatan olmalıdır

Co Bayden: Mayın 1-dək vaksin bütün yaşlı amerikalılar üçün əlçatan olmalıdır

Tarix: 12 Mart 2021 22:40

ABŞ-ın 18 yaşdan yuxarı bütün əhalisi bu il mayın 1-dək COVID-19 virusuna qarşı peyvəndlənmək imkanına malik olmalıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində deyib bildirib.

Onun sözlərinə görə, ölkədə hər gün 2 milyonadək vaksinləmə aparılacaq. "Mənim hakimiyyətə gəlişimin ilk 60 günündə ABŞ əhalisinə 100 milyon doza vaksin vurulacaq", - deyən Bayden bildirib ki, "bu, dünyanın heç bir ölkəsində yoxdur". O, növbəti dəfə bütün amerikalıları həyatı xilas etməyin ən sadə üsullarına - sosial gigiyenaya, maska taxmağa, məsafə saxlamağa riayət etməyə çağırıb.

ABŞ-da koronovirusdan ölüm göstəricisinin yüksək olduğunu qeyd edən Co Bayden xatırladıb ki, COVID-19 qurbanlarının sayı birinci və ikinci Dünya müharibələrində, həmçinin Vyetnam müharibəsində həlak olan amerikalıların sayını üstələyib.


Etiketlər:  Bayden Mayın dək vaksin bütün yaşlı amerikalılar üçün əlçatan olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ