Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa qarşı qoruyan ən təsirli qidalanma PROQRAMI

Koronavirusa qarşı qoruyan ən təsirli qidalanma PROQRAMI

Tarix: 13 Mart 2021 00:00

Koronavirusla keçən bir ildə bir çox insan artıq çəki alıb.

Milli.Az xəbər verir ki, türkiyəli dietoloq Selahattin Dönmez koronavirusa qarşı qoruyan ən təsirli qidalanmadan danışıb:

"Pandemiyada ən önəmli məsələ evdə tez-tez yemək yeyib yağlanmaq yerinə əzələləri qoruyaraq arıqlamaqdır. Bunun üçün gündə kilo başına 1 qram protein tərkibli qidaları hesablayıb yemək lazımdır.

1 ədəd yumurta 6 qram, 4 küftə qədər qırmızı ət 20 qram, 1 kiçik toyuq sinəsi 21 qram, 150 qram somon 30 qram, 150 qram balıq 35 qram, 1 su stəkanı tam yağlı süd 8 qram, 1 kasa tam yağlı qatıq 8 qram, 1 su stəkanı kefir 8 qram, 1 su stəkanı ayran 6 qram, 2 dilim ağ pendir 12 qramdır.

1 kasa quru paxlalılar 12 qram, 1 ovuc içi quru yemiş 4-6 qram, 1 qab ətsiz tərəvəzlər 2-3 qram, 1 orta boy meyvələr 1 qram protein tərkiblidir.

Yemək mütləq 3 əsas və 3 ara olmalı, günorta karbohidrat tərkibli qidaların miqdarı azaldılmalı, yemək və salatlara əlavə edilən sağlam yağ miqdarı nəzarətdə saxlanılmalıdır.

Qidalanmanızda immunitet rolu oynayan A, C, E vitaminləri və sink, hüceyrə immuniteti üçün A, B6, B12, C, D, E, folik asit vitaminləri, dəmir, sink, mis və selenyum mineralları, antitellər üçün isə A, B6, B12, D, E və folik asit vitaminləri, sink, mis və selenyum mineralları ilə zəngin qidalar seçərək immunitetinizi güclü saxlaya bilərsiniz.

Bundan başqa süd və süd məhsulları, ət - yumurta - quru paxlalılar, təzə tərəvəzlər, meyvələr, taxıllılar gün ərzində qidalarınız arasında olsun.

İmmunitet sistemini düzənləyən bəslənmə proqramı:

Oyanınca: 1 su stəkan otaq temperaturundakı suya biraz propolis

Səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta 1 dilim yağlı pendir 1 dilim buğda çörəyi bol pomidor, bibər, göyərti, xiyar. Bu tərəvəzlərin üzərinə 1 yemək qaşığı zeytun yağı əlavə edirsiniz.

Günorta: 4 yemək qaşığı yaşıl mərci yeməyi ya da istənilən quru paxlalıların yanında qatıq və immunitet salatı və ya 4 yemək qaşığı tərəvəz yeməyi yanına 3 yemək qaşığı qatıq və immunitet salatı

İmmunitet salatı: Pomidor, rəndələnmiş kök, göyərti, yaşıl bibər, qırmızı bibər, quru soğan, sarımsaq, 2 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı qaynadılmış bulqur ya da buğda və bol limon sıxaraq hazırlayın. Bunu salatın ölçüsü yoxdur. İstədiyiniz ölçüdə hazırlaya bilərsiniz.

Ara: 1 su stəkanı süd, ayran, kefir və ya 20 ədəd fındıq və ya 20 ədəd badam

Axşam: Hər kəs öz ovucu qədər seçdiyi ət yanına immunitet salatı

Ara: 1 alma, yarım banan, 1 ədəd portağal, 1 ədəd kivi və ya yarım qreyfurt

Yatarkən 1 su stəkanı ilıq suya saf propolis. /medicina.az

Milli.Az


Etiketlər:  Koronavirusa qarşı qoruyan ən təsirli qidalanma PROQRAMI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ