Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksika mətbuatında Xocalı soyqırımı haqda məqalə dərc olunub

Meksika mətbuatında Xocalı soyqırımı haqda məqalə dərc olunub

Tarix: 13 Mart 2021 13:06

Meksikanın nüfuzlu "ContraReplica" qəzetində Xocalı soyqırımı haqda səfir Məmməd Talıbovun müəllifi olduğu "Azərbaycan xalqına qarşı cinayət" başlıqlı məqalə dərc olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, məqalədə 29 il öncə, 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki soydaşımızın xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir və bu faciənin bir sıra beynəlxalq media qurumları tərəfindən işıqlandırıldığı qeyd olunur.   

Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin təcavüz planının gedişində strateji üstünlük qazanmaq və növbəti işğallar üçün əlverişli imkan yaratmaq olduğu, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və Xocalı soyqırımının bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyü bildirilir. Dinc əhaliyə qarşı misilsiz amansızlıq törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi güddüyü söylənilir və soyqırımının əsas təşkilatçılarından olan S.Sarkisyanın Xocalıdakı cinayətlərə dair etirafları qeyd olunur.   

İşğal edilmiş Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən BMT qətnamələrinə 30 ilə yaxın Ermənistan tərəfindən məhəl qoyulmaması və Minsk qrupu çərçivəsində aparılan danışıqların bu ölkənin destruktiv mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra, məhz Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan torpaqlarını azad etməyə nail olduğu bildirilir. Qeyd olunur ki, Ermənistan rəhbərliyinin qeyri-humanist mahiyyəti və dövlət səviyyəsində terror siyasəti növbəti dəfə özünü göstərmiş, son müharibə ərzində Ermənistan silahlı qüvvələri yenə mülki insanları hədəf almış, hərbi əməliyyatlar bölgəsindən kənarda yerləşən şəhər və qəsəbələrə endirdiyi raket zərbələri nəticəsində yüzlərlə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Erməni vandalizminin azad olunmuş ərazilərimzdə də müşahidə olunduğu, buradakı mülki infrastruktur və Azərbaycana aid tarixi-mədəni abidələrin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyi diqqətə çatdırılır.  

Qeyd olunanların fonunda regionda barışığın mürəkkəb olmasına rəğmən, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların birlikdə barışıq halında yaşadığı və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın sülh və əməkdaşlıq prinsipinə sadiq qaldığı, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğu və bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğu qeyd edilir.  

https://www.contrareplica.mx/nota-crimen-contra-el-pueblo-azerbaiyano20211238

Milli.Az


Etiketlər:  Meksika mətbuatında Xocalı soyqırımı haqda məqalə dərc olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ