Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 18:40
Bu ilin yanvar ayında Böyük Britaniyanın ÜDM-i dekabr ayı ilə müqayisədə 2,9% azalıb.
Sonxeber.net "APA-Economics"ə istinadən bildirir ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkədə ÜDM istehsalı 9,2% azalıb. Son üç ayda müddətində isə iqtisadiyyat 1,7% geriləyib.
Qeyd edək ki, "Reuters" tərəfindən sorğu aparılan iqtisadçılar yanvarda Böyük Britaniya iqtisadiyyatının aylıq 4,9% azalacağını proqnozlaşdırırdılar.
Xatırladaq ki, İngiltərə Bankının ("Bank of England") proqnozlarına görə, Böyük Britaniya iqtisadiyyatı 2021-ci ilin I rübündə 4% azalacaq. Azalmanın səbəbləri kimi, yalnız COVID-19 pandemiyası deyil, həm də "Brexit" sonrası Avropa İttifaqı ilə ticarət əlaqələrinin pozulması göstərilir.