Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2021 19:54
Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 397 nəfər artaraq 205 min 385-ə çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 2 milyon 215 min 632 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5 min 333 nəfərdən götürülən testlərin 397-sinin nəticəsi müsbət çıxıb. Yeni növ koronavirusdan 6 ölüm faktı qeydə alınıb. Sağalanların ümumi sayı isə 191 min 277 nəfərdir.
Litva hökuməti pandemiya ilə əlaqədar əhalini diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.